Mətbuat katibi: "Qırğız Respublikasındakı qarayara xəstəliyinin Azərbaycana keçməsi mümkün deyil"
ASK
- 27 iyun, 2018
- 06:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 27 iyun. REPORT.AZ/ "Azərbaycan Qırğız Respublikasından heyvan və heyvan mənşəli məhsullar almır".
Bunu "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.
O, bu barədə Qırğız Respublikasında yayılmış qarayara xəstəliyinin Azərbaycana keçməsi ehtimalına münasibət bildirərkən məlumat verib.
"Bu ölkədəki qarayara xəstəliyinin Azərbaycana keçməsi mümkün deyil. Bundan əlavə, qarayara xəstəliyinə qarşı bu il iribuynuzlu, xırdabuynuzlu, təkdırnaqlı heyvanlarda, dəvələrdə, donuzlarda peyvəndləmə işləri aparılıb. Hazırda bu və digər yolxucu xəstəliklərə görə ölkədə epizodik vəziyyət sabitdir".
Son xəbərlər
07:06
Yaponiyada əhalinin azalması səbəbindən 145 dövlət məktəbinin bağlanılması planlaşdırılır
Digər ölkələr
06:32
Bessent Konqresə seçkilərdə demokratların qələbəsinin nəticələri barədə xəbərdarlıq edib
Digər ölkələr
06:16
Foto
Azərbaycan ABŞ-də Dreyk Enerji Forumunda təmsil olunub
Xarici siyasət
06:02
Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var
Digər ölkələr
05:43
NYT: ABŞ və İsrail Konqresə seçkilərdən sonra İrana yeni zərbələr planı hazırlayır
Digər ölkələr
05:09
WSJ: ABŞ Yaxın Şərqdə hərbi gəmilərin sayını artıra bilər
Digər ölkələr
04:32
Mourinyo "Real"ın ÇL-dəki qələbəsindən sonra Valverdenin oyununu yüksək qiymətləndirib
Futbol
04:12
ABŞ Yaxın Şərqdəki bazalardakı hərbi mövcudluğunu azaldır
Digər ölkələr
03:49
Yasamal və Binəqədinin bir hissəsində işıq olmayacaq
Energetika