Məcnun Məmmədov: "Azərbaycanın FAO ilə harmoniya təşəbbüsü fermerlər üçün mərkəzdir"
- 01 oktyabr, 2025
- 12:17

Azərbaycanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birlikdə olan harmoniya təşəbbüsü fermerlər üçün mərkəzdir.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə deyib.
Onun sözlərinə görə, COP29 tədbiri çərçivəsində Azərbaycan FAO ilə birlikdə olan harmoniya təşəbbüsünün məqsədlərindən biri fermerlər arasında xüsusi seçilən quruplara - həm qadın, həm də gənc fermerlərə dəstəklərin verilməsidir.
O bildirib ki, bunun əsas məqsədi müxtəlif COP-lar daxilində verilən təkliflərin arasında bir koordinasiyanın yaradılmasıdır: "Eyni zamanda, fermerlərə maliyyə dəstəyinin verilməsinə beynəlxalq maliyyə qurumlarının prosesə və cəlb olunmasıdər. Digər tərəfdən də ən əsası regionlarda, bölgələrdə daha çətin vəziyyətdə olan fermerlərə dəstəyin artırılmasıdır".