Məcnun Məmmədov: "Azərbaycan aqrar sektorda inkişafa böyük sərmayə qoyur"

ASK
  • 23 sentyabr, 2025
  • 10:44
Məcnun Məmmədov: Azərbaycan aqrar sektorda inkişafa böyük sərmayə qoyur
Məcnun Məmmədov

Azərbaycan aqrar sektorda tədqiqat və inkişafa böyük sərmayə qoyur.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF 2025) ikinci günündə bildirib.

Onun sözlərinə görə, iqlim dəyişikliyinə uyğun həllər tapmaq, məhsuldarlığı ildən-ilə artırmaq üçün müxtəlif məhsullar üzərində çalışan nazirliyin bir neçə tədqiqat institutu var: "Təhsil sahəsində isə Azərbaycan Dövlət Aqrar Universiteti fəaliyyət göstərir".

Nazir vurğulayıb ki, Azərbaycanda kənd təsərrüfatı vergidən azaddır: "Əslində bu, bizdə olan ən dəyərli üstünlüklərdən biridir. Azərbaycana idxal olunan kənd təsərrüfatı avadanlıqları, kənd təsərrüfatı texnikası, suvarma sistemləri gömrük rüsumundan tam azaddır. Onlar həmçinin ƏDV-dən də azaddır. Bu isə kənd təsərrüfatına sərmayəni çox mühüm və cəlbedici edir. Biz fermerlərimizi dəstəkləyən bir neçə proqram həyata keçiririk".

Son xəbərlər

Bütün Xəbər Lenti