Kənd Təsərrüfatı Nazirliyində yeni texnologiyalara dair növbəti təlim keçirilib

ASK
  • 05 oktyabr, 2017
  • 13:28
Kənd Təsərrüfatı Nazirliyində yeni texnologiyalara dair növbəti təlim keçirilib

Bakı. 5 oktyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyində Avropa İttifaqının “Elektron kənd təsərrüfatı komponentinin icrası və prosedurların həyata keçirilməsi zamanı benefisiara dəstəyin verilməsini nəzərdə tutan texniki yardım Layihəsi" çərçivəsində beynəlxalq ekspertlər tərəfindən Nazirliyin müvafiq şöbələrinin nümayəndələri üçün kənd təsərrüfatında tətbiq oluna biləcək yeni texnologiyalara dair növbəti təlim keçirilib.

Nazirlikdən "Report"a daxil olan xəbərə görə, təlimin mövzusu “Torpaq Sahələrinin İdentifikasiyası Sistemi (TSİS) və yerində yoxlamaların avtomatik idarə edilməsi üçün mövcud İT həlləri” olub. Təlimdə layihənin beynəlxalq ekspertləri olan Pavel Trojaçek, Jan Ausfitsir və Tomas Orliçkas təlim iştirakçıları ilə təcrübələrini bölüşüblər.

Təlimdə, əsasən, gələcəkdə kənd təsərrüfatında tətbiq oluna biləcək texnoloji həllər haqqında məlumat verilib və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

44 filmi