Deputat: "Fermerlərin 80 %-dən çoxu keyfiyyətini itirmiş kartof toxumu istifadə edir"

ASK
  • 18 noyabr, 2026
  • 11:31
Deputat: Fermerlərin 80 %-dən çoxu keyfiyyətini itirmiş kartof toxumu istifadə edir

Azərbaycanda fermerlərin 80 %-dən çoxu keyfiyyətini itirmiş kartof toxumu istifadə edir.

"Report" xəbər verir ki, bunu deputat Əlibala Məhərrəmzadə Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

"Kənd təsərrüfatı siyasətində köklü dəyişikliklər müşahidə olunmaqdadır. İqlim dəyişikliyi, su qıtlığı, torpaqların eroziyası və ərzaq təhlükəsizliyi riskləri ənənəvi əkinçilik və heyvandarlıq sahələrində özünü doğrultmadığını çoxdan sübut edib. Azərbaycanda strateji qida məhsulu sayılan kartof toxumu tamamilə yox səviyyəsindədir. Elmi toxumçuluq sistemi hələ də formalaşmayıb. Ölkənin kartof toxumuna illik tələbatı təxminən 200 min ton civarındadır. Fermerlərin 80 %-dən çoxu öz məhsullarından ayırdığı, keyfiyyətini itirmiş, reproduksiyası aşağı adi toxum istifadə edir. Bu isə həm məhsuldarlıqda, həm də bundan birbaşa asılı olaraq rentabellilikdə ciddi itki deməkdir", - deyə o qeyd edib.

44 filmi