Anar Cəfərov: "Kənd təsərrüfatında süni intellektin tətbiqi genişləndirilir"
- 18 noyabr, 2026
- 11:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda kənd təsərrüfatında süni intellektin tətbiqi genişləndirilir.
"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov Bakıda keçirilən "Peşə Təhsili Forumu 2026" tədbirində bildirib.
O bildirib ki, aqrar sahədə süni intellekt layihəsi ixtisaslaşmış iri şirkətlər və ali məktəblərlə birgə icra olunur: "Biz artıq bunu xüsusilə də aqrar sahədə ixtisaslaşmış iri şirkətlərlə, ali məktəblərlə həyata keçiririk. Sonuncusu bu il keçirdiyimiz Cəlilabad Peşə Məktəbində, bizim növbəti "bootcamp"ımız məhz peşə məktəbində keçirilib. Bu layihə özü uğurlu bir layihədir, çünki orada təhsil alan tələbələrin aldığı ixtisaslarına uyğun olaraq onlar kənd təsərrüfatının rəqəmsallaşmasında xüsusi olaraq da təmsil oluna bilirlər".
A. Cəfərov əlavə edib ki, Azərbaycanda kənd təsərrüfatı, "Balıqçılıq və akvakultura sahələrinin inkişafı üçün 2026–2030-cu illər üçün Dövlət Proqramı" bir çox istiqamətlər üzrə fəaliyyətlər müəyyən olunub: "Bizim üçün hədəf göstərici 2030-cu ildir və bu dövlət proqramının özəl tərəfi, xüsusi olaraq da peşə təhsili, təhsil müəssisələri, təhsil alan tələbələr üçün ondan ibarətdir ki, burada təkcə kənd təsərrüfatının istehsalı deyil, o cümlədən də xüsusi olaraq kənd təsərrüfatının emalına yönəlib. Əgər biz növbəti illərdə yeni və hansı ixtisasların seçimi ilə ilə bağlı olmalıdır sualını veririksə, məhz kənd təsərrüfatından irəli gələn prosesdən təkcə istehsala yox, həmçinin emal istiqamətində olan ixtisasları qeyd etmək lazımdır".