Azərbaycanın 5 pambıq tədarükü müəssisəsi səhmdarlarına hesabat verəcək
- 15 mart, 2017
- 05:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycanda pambıq tədarükü ilə məşğul olan 5 müəssisənin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, söhbət “Biləsuvar-Pambıq”, “Neftçala-Pambıq”, “Salyan-Pambıq”, “Sabirabad-Pambıq” və “Saatlı-Pambıq” ASC-lərdən gedir.
Yığıncaqların gündəliyinə cəmiyyətlərin illik balansının müzakirəsi və təsdiqi (zərər və mənfəətin bölüşdürülməsi), 2016-cı ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatının dinlənilməsi, müəssisələin emal sahəsi üzrə gələcək fəaliyyətinin müzakirəsi və bu barədə qərar qəbul edilməsi, cəmiyyətlərin nizamnaməsində əlavə və dəyişikliklərin edilməsi və sair məsələlər daxildir.
| № | ASC-nin adı | Yığıncağın keçiriləcəyi vaxt | Yığıncağın keçiriləcəyi ünvan | Müəssisənin yaradılma ili | Müəssisənin nizamnamə kapitalı |
| 1 | “Biləsuvar-Pambıq” | 4 may saat 12:30 | Biləsuvar rayonu, Səməd Vurğun küçəsi, 1 | 2000 | 2477524 manat |
| 2 | “Neftçala-Pambıq” | 5 may saat 10:30 | Neftçala rayonu, Aşağı Qaraimanlı kəndi | 1999 | 3527830 manat |
| 3 | “Salyan-Pambıq” | 5 may saat 12:30 | Salyan şəhəri, Məhəmməd Əmin Rəsulzadə küçəsi, 4 | 2000 | 2133036 manat |
| 4 | “Sabirabad-Pambıq” | 11 may saat 10:30 | Sabirabad şəhəri, Heydər Əliyev prospekti, 2 | 2000 | 1998530 manat |
| 5 | “Saatlı-Pambıq” | 11 may saat 12:30 | Saatlı rayonu, Sarıcalar kəndi | 2000 | 3466328 manat |