Azərbaycandan Qətərə kivi tədarükünə başlanılıb

ASK
  • 23 fevral, 2023
  • 06:36
Azərbaycandan Qətərə kivi tədarükünə başlanılıb

Ötən il ərzində Azərbaycana xaricdən 2,78 milyon ABŞ dolları dəyərində 3 min 898 ton kivi gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 15,2 %, kəmiyyət olaraq – 16,2 % çoxdur.

Azərbaycan İrandan 2,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 18 % çoxdur) 3 min 849 ton (+17,7 %), Çilidən 43,87 min ABŞ dolları dəyərində (-57,7 %) 31,3 ton (-58 %), Çindən 25,2 min ABŞ dolları dəyərində (+4,2 dəfə) 7,02 ton (+3,5 dəfə), Türkiyədən 7 min ABŞ dolları dəyərində (+63 %) 9,5 ton (+53,2 %), İtaliyadan 1,93 min ABŞ dolları dəyərində (-38 %) 0,61 ton (-52 %) məhsul alıb.

Hesabat dövründə Azərbaycandan xaricə 705,2 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 574,3 ton (+3,2 dəfə) kivi göndərilib.

Azərbaycan Rusiyaya 705,1 min ABŞ dolları dəyərində (+3 dəfə) 574,3 ton (+3,2 dəfə) və Qətərə 0,11 min ABŞ dolları dəyərində 0,05 ton meyvə ixrac edib.