Bursada TIR motosikletə çırpılıb, iki nəfər ölüb

Region
  • 14 sentyabr, 2026
  • 08:01
Bursada TIR motosikletə çırpılıb, iki nəfər ölüb

Türkiyənin Bursa vilayətinin Yenişehir rayonunda TIR motosikletlə toqquşub, iki nəfər ölüb.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, qəzada motosikletdəki 2 nəfər həlak olub.

İddiaya görə, TIR sürücüsü sərxoş olub və qəzadan əvvəl rayon mərkəzində park halındakı bir avtomobilə çırpılıb hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.