Azərbaycan pomidoru xarici bazarlara hansı qiymətə ixrac edir?

ASK
  • 29 iyul, 2024
  • 14:07
Azərbaycan pomidoru xarici bazarlara hansı qiymətə ixrac edir?

Bu ilin yanvar-may aylarında Azərbaycan 108,59 milyon ABŞ dolları dəyərində 86 min ton pomidor ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 10 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 105,64 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 20 % çox) 84 min 711 ton (+11 %), Belarusa 2,39 milyon ABŞ dolları dəyərində (+7 %) 1 min ton (+6 %), Polşaya 432 min ABŞ dolları dəyərində (-66 %) 252 ton (-71 %), Gürcüstana 55 min ABŞ dolları dəyərində 57 ton (bir il əvvəl tədarük olmayıb), Ukraynaya 43 min ABŞ dolları dəyərində (-62 %) 34 ton (-76 %) pomidor satıb.

Ötən ilin eyni dövrünə nisbətən Rusiyaya tədarük olunan pomidorun 1 tonun ixrac qiyməti bu ilin ilk 5 ayı ərzində 92 ABŞ dolları və ya 8 %, Belarusa – 20 ABŞ dolları və ya 0,9 %, Polşaya – 293 ABŞ dolları və ya 20,6 % və Ukraynaya – 456 ABŞ dolları və ya 57 % artıb. Nəticədə Azərbaycanın xarici ölkələrə satdığı pomidorun bir tonun ixrac qiyməti bir il öncəki göstərici ilə müqayisədə 90 ABŞ dolları və ya 8 % çox olub.