Azərbaycan ötən il süd idxalına çəkdiyi xərci azaldıb
- 29 yanvar, 2022
- 07:12
Ötən il Azərbaycana xaricdən 11 min 190 ton süd idxal edilib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə südün dəyəri 14 milyon 743 min ABŞ dolları təşkil edib.
Bu, 2020-ci illə müqayisədə müvafiq olaraq miqdar ifadəsində 1 533 ton (15,8 %) çoxdur. Dəyər ifadəsində isə müvafiq olaraq 569 milyon ABŞ dolları (3,7 %) azdır.
2021-ci ildə Azərbaycan süd idxalına çəkdiyi xərci 16,9 % azaldıb.
Belə ki, Azərbaycan 2020-ci ildə 15 milyon 312 min ABŞ dolları dəyərində 9 min 657 ton süd idxal edib. 2020-ci ildə 1 ton südün dəyəri 1 milyon 585 min ABŞ dolları təşkil edibsə, 2021-ci ildə isə bu göstərici 1 milyon 317 min ABŞ dolları olub.
Xatırladaq ki, 2020-ci illə müqayisədə 2021-ci ildə süd istehsalı 1,4 % artaraq 2 milyon 223,4 min ton təşkil edib.