Azərbaycan Kuzbassdan buğda unu idxal edən ölkələrin beşliyində yer alıb

ASK
  • 24 avqust, 2023
  • 11:56
Azərbaycan Kuzbassdan buğda unu idxal edən ölkələrin beşliyində yer alıb

Azərbaycan Rusiyanın Kuzbass vilayətindən buğda unu idxal edən ölkələrin siyahısında ilk beşliyə daxil olub.

"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.

Məlumata görə, bu ilin əvvəlindən bu günə kimi Azərbaycan Kuzbassdan 336,8 min ton buğda unu idxal edib. Bununla da Azərbaycan bu bölgədən buğda unu idxal edən beşinci ölkə olub.

Ümumilikdə, bu ilin əvvəlindən bu günə qədər Kuzbassdan taxıl məhsullarının ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 dəfə artıraraq 112 min 024,3 ton dənli və paxlalı məhsullar ixrac edib.

Kuzbass vilayətinin əsas ixracatçısı olan Qazaxıstan bu siyahıda lider olub. Belə ki, ümumilikdə bu il ərzində bu vilayətdən Qazaxıstana 19 min 005,8 ton buğda dənəsi ixrac edilib. Bundan başqa, bu müddət ərzində Qazaxıstana 12 min 990,7 ton arpa, 11 min 450,4 ton sənaye emalı üçün kəpək göndərilib.

Bu ilin əvvəlindən Kuzbassdan Koreya Xalq Demokratik Respublikasına 4 min 711,1 ton buğda unu ixrac edilib. Bununla bu ölkə buğda unu idxalında ikinci yeri tutub.

Üçüncü yerdə Çin Xalq Respublikası qərarlaşıb. Bu il ərzində bu vilayətdən adıçəkilən ölkəyə 1 min 364,4 ton buğda unu ixrac edilib.

Bu müddət ərzində idxal siyahısında dördüncü yeri tutan Türkmənistana 1 min 822,5 ton buğda unun ixrac edilib.

Azərbaycandan sonrakı yerləri isə Qırğızıstan (64,01 ton) və Birləşmiş Ərəb Əmirlikləri (0,024 ton) tutublar.

44 - Tezliklə