Azərbaycan gübrə idxalına çəkdiyi xərci təqribən 20 % azaldıb
- 22 aprel, 2024
- 14:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Azərbaycan 17,775 milyon ABŞ dolları dəyərində gübrə idxal edib.
"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 19,9 % azdır.
Hesabat dövründə Azərbaycan həmçinin 27,089 milyon ABŞ dolları dəyərində gübrə ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 2 % azdır.
Gübrə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,48 %-ni, ixrac isə ümumi ixracın 0,45 %-ni təşkil edib.
Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9 milyard 696 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 17,6 % azdır.
Ticarət dövriyyənin 5 milyard 984 milyon ABŞ dolları ixracın, 3 milyard 712 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,7 %, idxal isə 7,9 % azalıb.