Azərbaycan əsas tədarük bazarına armud ixracını kəskin artırıb
- 21 avqust, 2023
- 13:40
Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrdən 1,281 milyon ABŞ dolları dəyərində 1 min 359 ton armud idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 30 %, kəmiyyət olaraq – 31 % azdır.
Azərbaycan Belçikadan 906 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 21 % azdır) 982,53 ton (-23 %), Cənubi Afrikadan 135,42 min ABŞ dolları dəyərində (-32 %) 149,25 ton (-33 %), Niderlanddan 115,36 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 128,2 ton (+2,1 dəfə), Türkiyədən 107,91 min ABŞ dolları dəyərində (-61 %) 119,9 ton (-61,3 %), Çilidən 9,51 min ABŞ dolları dəyərində 10,57 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.
Hesabat dövründə Azərbaycan xarici ölkələrə 1,1 milyon ABŞ dolları dəyərində (+70,5 %) 1 min 585 ton (+94 %) armud göndərib.
Azərbaycan Rusiyaya 990,38 min ABŞ dolları dəyərində (+58,4 %) 1 min 486 ton (+83,3 %), Belarusa 50,13 min ABŞ dolları dəyərində 37,1 ton (5 il 10 aydan sonra tədarük bərpa edilib), Qazaxıstana 24,58 min ABŞ dolları dəyərində (+10,2 dəfə) 60,83 ton (+9,1 dəfə), Səudiyyə Ərəbistanına 3,88 min ABŞ dolları dəyərində 0,75 ton (ilk dəfə tədarük olub), Birləşmiş Ərəb Əmirliklərinə 0,33 min ABŞ dolları dəyərində 0,17 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.
2022-ci ildə Azərbaycandan (5 ölkəyə) ixrac edilmiş 4 min ton armudun 97,39 %-i Rusiyanın, 2,57 %-i Qazaxıstanın payına düşüb.