Azərbaycan daha bir Orta Asiya ölkəsinə heyvan piyi ixrac etməyə başlayıb
- 15 fevral, 2023
- 06:55
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin ilk 11 ayı ərzində Azərbaycan 321 min ABŞ dolları dəyərində 798,1 ton heyvan piyi (iribuynuzlu heyvan, qoyun və keçi) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,6 dəfə, kəmiyyət olaraq – 2,6 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Qazaxıstana 232,19 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14 dəfə çoxdur) 567,5 ton (+10 dəfə), Əfqanıstana 81,48 min ABŞ dolları dəyərində (+4 dəfə) 201 ton (+4,6 dəfə) və Tacikistana 6,87 min ABŞ dolları dəyərində 29,6 ton məhsul satıb.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Tacikistana tədarük həyata keçirilib.