Azərbaycan buğda idxalına çəkdiyi xərci artırıb
ASK
- 23 aprel, 2022
- 05:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Azərbaycan 182 min 864 ton buğda idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 62 milyon 391 min ABŞ dolları təşkil edib.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm ifadəsində 5 min 080 ton (2,7 %) azdır, dəyər ifadəsində isə 14 milyon 642 min ABŞ dolları çoxdur.
Belə ki, bu il Azərbaycan buğdanın 1 tonuna 341 ABŞ dolları xərcləyib. 2021-ci ildə isə Azərbaycan 1 ton buğda üçün 254 ABŞ dolları xərcləyib. Azərbaycan buğda idxalına çəkdiyi xərci 34,2 % artırıb.
Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 2,13 %-ini təşkil edib.
Son xəbərlər
16:25
Estoniyanın İT şirkətlərinin Azərbaycana cəlb edilməsi müzakirə olunub
İKT
16:23
Böyük Britaniya səfiri: Naxçıvan günəş enerjisi və turizm üçün böyük potensiala malikdir
Xarici siyasət
16:20
Aftandil Hacıyev: "İldə 2-3 beynəlxalq oyun keçirməklə inkişaf etmək çox çətindir"
Futbol
16:19
AYNA: Avtobus marşrutlarına onlayn bilet satışı 1,6 dəfə artıb
İnfrastruktur
16:19
Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-oktyabr, 2026)
Maliyyə
16:12
Foto
Əmanətlərin Sığortalanması Fondu IADI-nin 25-ci İllik ümumi yığıncağında iştirak edib
Maliyyə
16:08
"Bakı Fond Birjası"nın dövriyyəsi 32 % azalıb
Maliyyə
16:03
Akvakultura fəaliyyəti üçün torpağın kateqoriyasını dəyişməyə ehtiyac olmayacaq
ASK
16:02
"Barselona"nın futbolçusu Jül Kunde "Atletiko" ilə oyunu da buraxacaq
Futbol