Azərbaycan alma ixracından gəlirini 20 %-ə yaxın artırıb

ASK
  • 19 fevral, 2026
  • 14:02
Azərbaycan alma ixracından gəlirini 20 %-ə yaxın artırıb

Bu ilin yanvar ayında Azərbaycan 8 milyon 194 min ABŞ dolları dəyərində 10 min 914 ton alma ixrac edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 1 milyon 336 min (19,5 %), həcm baxımından isə 209 ton (1,95 %) çoxdur.

Hesabat dövründə alma ixracından əldə edilmiş gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,4 %-ni təşkil edib.

Xatırladaq ki, ötən ay Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 30,5 % azdır.

Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,4 % azalıb, idxal isə 36,5 % azalıb.

Son xəbərlər

Bütün Xəbər Lenti