Azərbaycan 2 ölkəyə gavalı və göyəm ixracını bərpa edib

ASK
  • 27 fevral, 2023
  • 10:52
Azərbaycan 2 ölkəyə gavalı və göyəm ixracını bərpa edib

Ötən il ərzində Azərbaycan 4,266 milyon ABŞ dolları dəyərində 5 min 97 ton gavalı və göyəm ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 15 % azdır.

Rusiyaya 4,167 milyon ABŞ dolları dəyərində (-14,7 %) 4 min 982 ton (-13,4 %), Qazaxıstana 28,6 min ABŞ dolları dəyərində (-19 %) 72,82 ton (-26 %), Belarusa 69,56 min ABŞ dolları dəyərində 42,45 ton və Qətərə 0,4 min ABŞ dolları dəyərində 0,05 ton meyvə satılıb.

Altı il 3 aylıq aradan sonra Azərbaycandan Qətərə və 5 ilin tamamında Belarusa tədarük bərpa edilib.

Hesabat dövründə 265,2 min ABŞ dolları dəyərində (-0,4 %) 57,64 ton (-13 %) gavalı və göyəm idxal olunub.

İrandan 220,09 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 11,1 % çoxdur) 44,02 ton (+11 %), Cənubi Afrika Respublikasından 30,38 min ABŞ dolları dəyərində (-17,4 %) 3,8 ton (-58,7 %), Türkiyədən 13,91 min ABŞ dolları dəyərində (-55,3 %) 8,81 ton (-49,5 %) və Rusiyadan 0,82 min ABŞ dolları dəyərində 1,02 ton məhsul alınıb.