"Aqrolizinq" fermerlərə 23 mln. manatlıq mal satıb
ASK
- 04 avqust, 2016
- 10:42
Bakı. 4 avqust. REPORT.AZ/ Bu ilin ilk yarısında "Aqrolizinq" ASC kənd təsərrüfatı istehsalçılarına güzəştli şərtlərlə 22,5 mln. manatlıq mal satıb. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, söhbət 296 ədəd müxtəlif növ traktor, 121 ədəd taxılyığan kombayn, 106 ədəd kotan, 31 ədəd ot dırmığı, 19 ədəd bağarası frez, 13 ədəd ot və küləş presləyən maşın, 8 ədəd otbiçən və 141 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqlarından gedir.
Xatırladaq ki, "Aqrolizinq" 2004-cü ildə yaradılıb, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 194 519 540 manatdır. Səhmlər 100% dövlətə məxsusdur.
Son xəbərlər
06:21
NYT: Qayana neft bazarında mövqelərini möhkəmləndirib
Digər ölkələr05:59
ABŞ Karib dənizində narkotacirlərin qayığına zərbə endirib
Digər ölkələr05:28
Mayk Uolts: Tramp Rusiya-Ukrayna münaqişəsini həll etməyə çalışır
Digər ölkələr04:51
WSJ: ABŞ-yə səfərindən əvvəl Si Cinpinin səhhəti ilə bağlı qeyri-müəyyənlik yaranıb
Digər ölkələr04:16
Çilinin sabiq prezidenti BMT-nin Baş katibi postu uğrunda mübarizədən geri çəkilib
Digər ölkələr03:40
Almaniyada Bundesverdə xidmət üçün 18 yaşlı kişilərin məcburi tibbi müayinəsinə başlanılıb
Digər ölkələr03:21
Astarada baş verən avtomobil qəzasında bir nəfər ölüb, üç nəfər xəsarət alıb
Hadisə03:04
"Barselona" Rafinyanın het-triki sayəsində "Sevilya"nı məğlub edib
Futbol02:39