Anar Cəfərov: "Aqrar biznes festivallarında 300-dən çox işəgötürən iştirak edib"

ASK
  • 18 noyabr, 2026
  • 11:24
Anar Cəfərov: Aqrar biznes festivallarında 300-dən çox işəgötürən iştirak edib

Bu günə qədər Azərbaycanda keçirilmiş aqrar biznes festivallarında 300-dən çox işəgötürən iştirak edib.

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov Bakıda keçirilən "Peşə Təhsili Forumu 2026" tədbirində bildirib.

"Bu festivallar 5 ilə yaxındır bütün iqtisadi rayonlarda və bölgələrdə keçirilir. Elə bir peşə məktəbi, elə bir peşə liseyi yoxdur ki, bizimlə tərəfdaş olub o tədbirlərdə iştirak etməsin. Onlar öz məhsullarını və xidmətlərini əyani şəkildə nümayiş etdiriblər", - deyə o qeyd edib.

44 filmi