Amerikalı fermer mərhum həyat yoldaşının xatirəsinə 162 hektar günəbaxan əkib - FOTO
ASK
- 22 avqust, 2015
- 01:24
Bakı. 22 avqust. REPORT.AZ/ Viskonsin ştatından olan fermer Con Cakviş xərçəngdən ölən həyat yoldaşının xatirəsinə 162 hektar günəbaxan əkib. "Report" "The Daily Mail"a istinadən xəbər verir ki, sahənin uzunluğu 7 km təşkil edib. Günəbaxan tumlarının satışından əldə olunan vəsaitləri amerikalı fermer xeyriyyə məqsədləri üçün istifadə edəcək.
Cakvişin həyat yoldaşı Babbett keçən ilin noyabr ayında xərçənglə 9 illik mübarizədən sonra vəfat edib. Onun sözlərinə görə, ölümündən dörd il əvvəl həyat yoldaşı ondan ölümündən sonra onun xatirəsinə gül əkməyi xahiş edib. 65 yaşlı Cakviş qonşularla danışaraq bitkiləri əkib. Plantasiya beş fermanın ərazisini tutub, onun uzunluğu 7 km, sahəsi 162 hektar olub.
Son xəbərlər
04:07
ÜST: Konqoda Ebola epidemiyası yayılmaqda davam edir
Digər ölkələr03:38
ABŞ və Litva nadir yeraltı metallar üzrə saziş imzalayıblar
Digər ölkələr03:17
ABŞ İran Prezidenti və XİN rəhbərinin BMT Baş Assambleyasında iştirakı üçün vizaları təsdiqləyib
Digər ölkələr02:58
ABŞ Səudiyyə Ərəbistanına 24,3 mlrd dollarlıq F-35-lərin satışını təsdiqləyib
Digər ölkələr02:45
ABŞ Kuba ilə əlaqəli 11 şəxs və şirkətə sanksiyalar tətbiq edib
Digər ölkələr02:21
Merts və Tramp Rusiya-Ukrayna münaqişəsini və Yaxın Şərqdə vəziyyəti müzakirə ediblər
Digər ölkələr01:53
Lənkəranda gənc dava zamanı ağır xəsarət alaraq komaya düşüb
Hadisə01:48
"Axios": Vaşinqton müharibədən sonrakı dövrdə İranın çəkindirmə strategiyası hazırlayır
Digər ölkələr01:17