Ziyafət Əsgərov: Azərbaycan və Əlcəzair beynəlxalq arenada uğurla əməkdaşlıq edir

Xarici siyasət
  • 04 noyabr, 2026
  • 19:49
Ziyafət Əsgərov: Azərbaycan və Əlcəzair beynəlxalq arenada uğurla əməkdaşlıq edir

Azərbaycan və Əlcəzair arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə yeni yaradılmış Birgə Komissiya ticarət dövriyyəsinin artırılması və birgə təşəbbüslərin həyata keçirilməsi üçün mühüm platforma olacaq.

"Report" xəbər verir ki, bu barədə Milli Məclisin sədr müavini Ziyafət Əsgərov 1 noyabr - Əlcəzairin İnqilab Gününə həsr olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Əlcəzair beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində uğurla əməkdaşlıq edir və qarşılıqlı dəstək göstərirlər.

"Qarşılıqlı fəaliyyətimiz siyasi əlaqələrin möhkəmlənməsinə kömək edir və iqtisadi, ticari, işgüzar, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün imkanlar yaradır. Bu kontekstdə ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın yaradılması xüsusi əhəmiyyət kəsb edir", - Z.Əsgərov qeyd edib.

O, həmçinin ikitərəfli münasibətlərin inkişafı üçün yüksək səviyyəli qarşılıqlı təmasların vacibliyini vurğulayaraq Prezident İlham Əliyevin 2022-ci ildə Əlcəzairə səfərini xatırladıb.

"Bu səfər ölkələrimiz arasındakı münasibətlərdə yeni səhifə açdı və siyasi dialoqun daha da möhkəmləndirilməsi üçün imkanlar yaratdı", - Z.Əsgərov əlavə edib.

44 filmi