Zarina Mirabdullayeva: Könüllülər şəhərlərin modernləşmə prosesinin əsas sütunlarından biridir
- 19 may, 2026
- 11:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Şəhərləşmə və yaşadığımız məkanların rəqəmsallaşdırılmasından danışarkən, insan amilini unutmaq olmaz.
"Report" xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Könüllülər Proqramının Avropa və Mərkəzi Asiya üzrə Regional Koordinatoru Zarina Mirabdullayeva jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, buraya gəlməkdə məqsədi könüllülər haqqında danışmaq, onları görməkdir:
"Bu cür forumlar olduqca vacibdir. Çünki könüllülər insanlarla yaşadığımız məkanlar arasında ən güclü bağ yaradan şəxslərdən biridir. Müxtəlif tədbirlərdə, məkanlarda və təşkilatlarda ilk gördüyümüz insanlar məhz könüllülər olur. Mesajım çox aydındır: könüllülər yaşadığımız şəhərlərin innovasiya, rəqəmsallaşma və modernləşmə prosesinin əsas sütunlarından biridir".