​Yunanıstanın xarici işlər naziri azərbaycanlı həmkarı ilə görüşəcək

Xarici siyasət
  • 25 sentyabr, 2015
  • 23:40
​Yunanıstanın xarici işlər naziri azərbaycanlı həmkarı ilə görüşəcək

Bakı. 26 sentyabr. REPORT.AZ/ Yunanıstanın xarici işlər naziri Nikos Kotzias azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüşməyi planlaşdırır.

"Report" xəbər verir ki, görüşün BMT Baş Assambleyasının 70-ci yubiley sessiyası çərçivəsində keçirilməsi nəzərdə tutulur.

Görüş 26 sentyabr - 2 oktyabr tarixlərində keçirilə bilər.

Yunanıstan XİN rəhbərinin, həmçinin ABŞ, Rusiya, Kipr, Türkiyə, Misir, Kosovo, Livan, İordaniya, İraq, Gürcüstan, Argentina, Avstraliya və Norveçin xarici işlər nazirləri ilə görüşü planlaşdırılıb.

44 - Tezliklə