"Ryanair"in rəhbəri gələn il Avropada aviabiletlərin qiymətlərində rekord artım proqnozlaşdırır

Maliyyə
  • 20 oktyabr, 2026
  • 14:06
Ryanairin rəhbəri gələn il Avropada aviabiletlərin qiymətlərində rekord artım proqnozlaşdırır

"Ryanair" qrupunun baş direktoru Maykl O`Liri gələn il Avropada aviabiletlərin qiymətlərində rekord artım proqnozlaşdırır.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə o mətbuat konfransında bildirib.

Maykl O`Lirinin sözlərinə görə, Yaxın Şərqdə gərginliyin artması neft qiymətlərinin yüksəlməsinə səbəb olur və aviaşirkətlərin əlavə yanacaq xərclərini sərnişinlərin ödəməsinə gətirib çıxarır:

"Gələn il aviabiletlərin qiyməti 20 % arta bilər. Bu isə aviaşirkətlərin gəlirliliyinin azalmasına gətirib çıxaracaq, çünki yanacaq rüsumlarının artırılması belə yanacaq xərclərinin artımını kompensasiya etməyəcək".

44 filmi