Azərbaycan XİN başçısı yaxın zamanlarda suriyalı həmkarı ilə telefonla danışacağını açıqlayıb

Xarici siyasət
  • 13 mart, 2025
  • 15:28
Azərbaycan XİN başçısı yaxın zamanlarda suriyalı həmkarı ilə telefonla danışacağını açıqlayıb
Ceyhun Bayramov

Yaxın zamanlarda Azərbaycan və Suriya xarici işlər nazirləri arasında telefon danışığı olacaq.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 13-də XII Qlobal Bakı Forumu çərçivəsində “Report”un sualını cavablandırarkən deyib.

Nazir bildirib ki, Suriyadakı Azərbaycan səfirliyi 12 illik fasilədən sonra fəaliyyətini bərpa edib:

"Daha sonra Əsəd rejiminin qeyri-dost addımları nəticəsində dayandırıldı. Ancaq rejim devrildikdən sonra iki ölkə arasında münasibətlərin bərpası istiqamətində addım atıldı. Artıq bu ölkəyə ilk humanitar yardımı da göstərmişik".

C.Bayramov vurğulayıb ki, Azərbaycan Suriyanın bərpasına əlindən gələn dəstəyi göstərəcək. 

XİN başçısı həmçinin son Azərbaycan vətəndaşı ölkəyə qaytarılanadək Suriyadan repatriasiya prosesinin davam etdiriləcəyini açıqlayıb. 

44 filmi