XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
- 19 noyabr, 2026
- 21:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Tbilisidəki yaşayış binasında baş verən partlayışla bağlı Gürcüstana başsağlığı verib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"Tbilisidə yaşayış binasında baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk.
Həyatını itirənlərin ailələrinə ən səmimi başsağlığımızı bildirir, düşüncələrimizin bu faciədən zərər çəkmiş hər kəslə olduğunu vurğulayırıq.
Xəsarət alanların tezliklə və tam sağalmalarını arzulayırıq", - paylaşımda bildirilib.
Xatırladaq ki, Tbilisinin Poniçala qəsəbəsində təbii qaz sızması nəticəsində yaşayış binasında partlayış baş verib.
We are deeply saddened by the tragic explosion in a residential building in Tbilisi. We express heartfelt condolences to the families who have lost their loved ones, and our thoughts are with all those affected by this tragedy. We wish those injured a swift and full recovery. @MFAgovge
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) November 19, 2026