XİN başçısı: "Türkiyənin dəstəyi Gürcüstan-Azərbaycan-Ermənistan platformasını daha effektiv edəcək"

Xarici siyasət
  • 02 iyun, 2021
  • 11:27
XİN başçısı: Türkiyənin dəstəyi Gürcüstan-Azərbaycan-Ermənistan platformasını daha effektiv edəcək
David Zalkaliani

"Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli formatında yaxşı əməkdaşlıq təcrübəsi mövcuddur". “Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani deyib. Nazir bildirib ki, bu formatda Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi layihələri reallaşdırılıb: "Cənub Qaz Dəhlizi ən uğurlu və strateji əhəmiyyətli layihələrdən biridir. Bu cür layihələrlə biz bölgənin cəlbediciliyini artırmalıyıq. Bu layihələr Gürcüstan-Azərbaycan-Ermənistan üçtərəfli formatında eyni uğurlu layihələrin reallaşdırılması üçün zəmindir". XİN baçısı qeyd edib ki, Türkiyə Tbilisinin Cənubi Qafqazın üç ölkəsi arasında dialoq üçün platforma kimi təqdim edilməsi təşəbbüsünü dəstəkləyir: "Bu, olduqca vacibdir və hesab edirəm ki, Türkiyənin dəstəyi bu platformanı daha da effektiv edəcək".

44 filmi