Ceyhun Bayramov: C5+ formatı çərçivəsində Rusiya ilə əməkdaşlıq Azərbaycan üçün prioritet deyil

Xarici siyasət
  • 26 dekabr, 2025
  • 17:15
Ceyhun Bayramov: C5+ formatı çərçivəsində Rusiya ilə əməkdaşlıq Azərbaycan üçün prioritet deyil

Rusiya ilə C5+ formatı (Mərkəzi Asiya ölkələri ilə) çərçivəsində əməkdaşlıq Azərbaycan üçün prioritet deyil.

"Report"un xəbərinə görə, bu barədə ölkənin xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında, Rusiyanın Azərbaycanın iştirakı ilə C5+ formatına qoşulmaq istəyi ilə bağlı sualın cavabında bildirib.

Onun sözlərinə görə, Azərbaycan üçün Mərkəzi Asiya ölkələri ilə münasibətlər xüsusi xarakter daşıyır. C.Bayramov xatırladıb ki, noyabr ayında Daşkənddəki sammitdə Azərbaycanın Mərkəzi Asiya ölkələri (C5) formatında tam hüquqlu iştirakı faktiki olaraq rəsmiləşdirilib ki, bu da son illər ərzində gedən proseslərin məntiqi nəticəsi olub.

Nazir qeyd edib ki, Azərbaycan üçün vacib olan cari hadisələri və həyata keçirilən layihələri nəzərə alaraq ümumi qarşılıqlı fəaliyyət formatında müzakirə və qərarların qəbul edilməsidir: "Bütün bunlarla yanaşı, biz Mərkəzi Asiya ölkələrinin C5+ kontekstində çoxsaylı formatlarının olduğunu yaxşı bilirik, onların sayı ondan çoxdur, o cümlədən Rusiya Federasiyası ilə də. Hazırda bizim üçün C5+ formatı prioritet deyil, bizim üçün prioritet Mərkəzi Asiya ölkələrinin özləridir".

"Rusiya Federasiyası ilə bizim ikitərəfli geniş gündəliyimiz var, biz onlarla birlikdə digər beynəlxalq təşkilatların üzvüyük və bu davam edəcək", - nazir əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti