Könül Əliyeva "Böyük Dəbilqə" yarışında qızıl medal qazanan ilk azərbaycanlı qadın cüdoçu olub

Fərdi
  • 29 oktyabr, 2026
  • 18:41
Könül Əliyeva Böyük Dəbilqə yarışında qızıl medal qazanan ilk azərbaycanlı qadın cüdoçu olub

Azərbaycanın qadın cüdoçusu Könül Əliyeva (48 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.

"Report" xəbər verir ki, finalda türkiyəli Merve Azak ilə qarşılaşan idmançı rəqibinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Beləliklə, Könül Əliyeva "Böyük Dəbilqə" yarışında çempionluq qazanan ilk azərbaycanlı qadın cüdoçu kimi tarixə düşüb.

Qeyd edək ki, "Böyük Dəbilqə" turniri oktyabrın 31-də başa çatacaq.

44 filmi