Vyanada Azərbaycanın Müstəqillik və Silahlı Qüvvələr günləri qeyd edilib
- 27 may, 2026
- 14:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Avstriyada Azərbaycanın Müstəqillik Gününün 108-ci ildönümü və yaxınlaşan Silahlı Qüvvələr Günü münasibətilə təntənəli tədbir keçirilib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Avstriya və Sloveniyadakı səfiri Rövşən Sadıqbəyli "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.
Məlumata görə, tədbir "Palais Niederösterreich" (Aşağı Avstriya Sarayı) sarayında diplomatik korpusun nümayəndələrinin, rəsmi şəxslərin və Azərbaycan diasporunun iştirakı ilə keçirilib.
Səfir Avstriyanın Federal Avropa və Beynəlxalq İşlər Nazirliyinin baş direktoru Hanna Likoya və nazirliyin protokol xidmətinin rəhbəri Maksimilian Henniqə tədbirdə iştirak etdiklərinə və çıxış etdiklərinə görə minnətdarlığını bildirib.
Proudly celebrated 108th anniversary of the Independence Day and the Armed Forces Day of Azerbaijan at the magnificent Palais Niederösterreich. I thank Ambassador Hannah Liko, Director General of the Federal Ministry for European and International Affairs of Austria for being… pic.twitter.com/2qBms8149q
— Rovshan Sadigbayli (@Sadigbayli) May 27, 2026