Vaffula: Keniyanın işləyən hər bir sakini əməkhaqqısının 1,5 %-ni mənzil fonduna ödəyir

Xarici siyasət
  • 21 may, 2026
  • 16:47
Vaffula: Keniyanın işləyən hər bir sakini əməkhaqqısının 1,5 %-ni mənzil fonduna ödəyir

Keniyanın işləyən hər bir sakini əlçatan mənzil proqramının maliyyələşdirilməsi üçün öz əməkhaqqısının 1,5 %-ni milli mənzil fonduna ödəyir.

"Report" xəbər verir ki, bu barədə Keniyanın UN-Habitat yanındakı daimi nümayəndəsi Syuzan Nahumiça Vaffula Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) bildirib.

Onun sözlərinə görə, daha 1,5 %-i fonda işəgötürən köçürür, toplanan vəsait isə milli mənzil proqramının həyata keçirilməsinə yönəldilir: "Mənzil probleminin həlli üçün tək dövlət büdcəsi kifayət deyil".

S.Vaffula qeyd edib ki, ölkədə illik mənzil çatışmazlığı təxminən 250 min vahid təşkil edir. Onun sözlərinə görə, Keniyada əlçatan mənzil proqramına təkcə tikinti layihəsi kimi deyil, həm də sosial-iqtisadi inkişaf aləti kimi baxılır.

Daimi nümayəndə vurğulayıb ki, proqramın həyata keçirilməsində güclü qanunvericilik bazası əsas rol oynayır.

S.Vaffula, həmçinin dövlət-özəl tərəfdaşlığının vacibliyini qeyd edib: "Bundan əlavə, ölkə vətəndaşlara aşağı faiz dərəcələri ilə uzunmüddətli mənzil kreditləri verən maliyyə institutları ilə əməkdaşlıq edir".