USAID-in Avropa və Avrasiya məsələləri Bürosu rəhbərinin müavini Azərbaycana gələcək

Xarici siyasət
  • 15 fevral, 2018
  • 08:07
USAID-in Avropa və Avrasiya məsələləri Bürosu rəhbərinin müavini Azərbaycana gələcək

Bakı. 15 fevral. REPORT.AZ/ ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Avropa və Avrasiya məsələləri Bürosu rəhbərinin müavini Brok Birman Azərbaycana səfər edəcək.

"Report" USAID-in mətbuat xidmətinə istinadən xəbər verir ki, regional turne çərçivəsində B.Birman fevralın 14-dən martın 8-dək Makedoniya, Azərbaycan və Gürcüstanda olacaq.

O, səfər zamanı USAID tərəfindən dəstəklənən proqramların nümayəndələri və ölkə rəsmiləri ilə görüşəcək. 

B.Birman həmçinin USAID-in kənd təsərrüfatının inkişafına həsr olunmuş tədbirlərində iştirak edəcək və  Azərbaycandan Gürcüstana gedəcək.

44 filmi