“Ümid-Babək” təbii qaz yataqlarının işlənilməsində “Total”ın iştirak imkanları müzakirə olunub

Xarici siyasət
  • 19 iyul, 2018
  • 18:21
“Ümid-Babək” təbii qaz yataqlarının işlənilməsində “Total”ın iştirak imkanları müzakirə olunub

Bakı. 19 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev Parisdə “Total” şirkətinin sədri və baş icraçı direktoru Patrik Puyane ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə “Abşeron” qaz-kondensat yatağının işlənilməsi və inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəzərin Azərbaycan sektorundakı “Ümid-Babək” təbii qaz yataqlarının işlənilməsində “Total” şirkətinin iştirak etməsi imkanları müzakirə olunub.