Ukraynalı deputat: Müharibə dayandırılmasa, süni intellekt insana güc gələcək
- 07 oktyabr, 2025
- 12:01

Müharibələr dayandırılmasa, süni intellekt insana güc gələcək.
"Report" xəbər verir ki, bunu Ukrayna parlamentinin deputatı İvan Krilenko Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclasında deyib.
Onun sözlərinə görə, süni intellekt bu minilliyin bəlkə də ən vacib nailiyyətidir:
"Hazırda düşünülür ki, süni intellekt insanlığa qarşı silahdır. Bu gün Avropanın mərkəzində - Ukraynada müharibə üç ildir davam edir. Biz sadəlövh olmamalıyıq. Suveren Ukrayna ərazisinə yüzlərlə tank, qırıcı təyyarələr daxil olub. Döyüş meydanlarında dronlar var. Dronu idarə edən pilotlara isə süni intellekt kömək edir. Obyektlərin bir çoxu məhz dron vasitəsilə vurulur. Bütün bunlar süni intellektin bir növüdür".
Deputatın fikrincə, müharibələr dayandırılmasa, süni intellekt insana güc gələcək:
"Müharibələrin əvəzində diqqəti başqa problemlərə, iqlim dəyişikliklərinə, pandemiyalara yönəldə bilərik".