Türkiyənin XİN başçısı Azərbaycana gəlir

Xarici siyasət
  • 26 noyabr, 2015
  • 05:42
Türkiyənin XİN başçısı Azərbaycana gəlir

Bakı. 26 noyabr. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Azərbaycana səfərə gələcək.

Bu barədə "Report"a Türkiyənin Azərbaycandakı səfiri İsmayil Alper Coşqun məlumat verib.

Onun sözlərinə görə, cümə günü türkiyəli nazir Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşəcək.

Görüşlərdə dünya və regional məsələlər müzakirə olunacaq.

44 - Tezliklə