Türkiyəli şərhçi: "Şuşada diplomatik missiyanın açılması təşəbbüsü çox ciddi mesajdır"

Xarici siyasət
  • 13 iyun, 2023
  • 13:41
Türkiyəli şərhçi: Şuşada diplomatik missiyanın açılması təşəbbüsü çox ciddi mesajdır

"Şuşada diplomatik missiyanın açılması təşəbbüsü çox ciddi mesajdır".

“Report” xəbər verir ki, bunu türkiyəli siyasi şərhçi, keçmiş diplomat Gülru Gezer “Haber Global" TV-nin efirində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan “Bir millət, iki dövlət” prinsipi ilə siyasət yürüdür: "Şuşa Bəyannaməsinin iki illiyinin tamam olmasına iki gün qalıb: “Türkiyənin Şuşada diplomatik missiyasının açılması təşəbbüsünün çox ciddi mesajı var. Bu o deməkdir ki, Şuşa Azərbaycanındır və Azərbaycanın olaraq da qalmağa davam edəcək”.

Siyasi şərhçi həmçinin bildirib ki, Şuşada baş konsulluğun açılması simvolik olmaqla yanaşı, həm də xüsusi əhəmiyyətlidir.

Gülru Gezer

44 - Tezliklə