Türkiyəli jurnalist: "Qarabağda gördüklərim məni təəccübləndirdi"

Xarici siyasət
  • 06 oktyabr, 2023
  • 14:37
Türkiyəli jurnalist: Qarabağda gördüklərim məni təəccübləndirdi

"İlk dəfə idi ki, Qarabağda olurdum. Burada gördüklərim məni təəccübləndirdi".

Bunu "Report"un Xocalıya ezam olunmuş əməkdaşına açıqlamasında türkiyəli jurnalist Hayati Başarslan deyib.

O bildirib ki, ermənilər əraziləri minalayıblar: "Onların burada narkotik maddələr istehsal etdiyinə dair məlumatlar da var. Bunlar humanizmə qarşı atılmış addımlardır, qəbuledilməzdir. Mənim də övladım var. Burada gördüklərimdən sonra istər-istəməz ondan narahat olmağa başladım. Təəssüf ki, ermənilərin cinayətləri beynəlxalq medianı o qədər də maraqlandırmır. Gəlib çəkib gedirlər. Halbuki, ciddi araşdırmalara ehtiyac var".

44 - Tezliklə