Türkiyədəki referendum üzrə Azərbaycandakı səsvermənin tarixi açıqlanıb

Xarici siyasət
  • 05 aprel, 2017
  • 11:15
Türkiyədəki referendum üzrə Azərbaycandakı səsvermənin tarixi açıqlanıb

Bakı. 5 aprel. REPORT.AZ/ Türkiyədə Konstitusiya dəyişikliyi referendumu çərçivəsində Bakıdakı səfirlikdə, Gəncə və Naxçıvandakə Baş Konsulluqda aprelin 9-da saat 09:00 - 21:00 arasında səsvermə keçiriləcək.

Türkiyənin Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, səfirlikdəki səsvermə prosesi saat 10:00 - 11:00 arasında mətbuata açıq olacaq.

Səsverməni müşahidə etmək istəyən mətbuat təmsilçiləri aprelin 6-da saat 18:00-dək 012 441 39 26 nömrəli telefona zəng edərək qeydiyyatdan keçə bilərlər.

44 - Tezliklə