Türkiyə XİN başçısı Azərbaycana işgüzar səfərə gəlir

Xarici siyasət
  • 02 dekabr, 2016
  • 11:01
Türkiyə XİN başçısı Azərbaycana işgüzar səfərə gəlir

Bakı. 2 dekabr. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu Azərbaycana işgüzar səfərdə olacaq.

Azərbaycan Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, səfər çərçivəsində Mövlut Çavuşoğlu xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşəcək.

Bundan başqa, M.Çavuşoğlu Azərbaycanın digər rəsmiləri ilə də danışıqlar aparacaq.