Hindistanda dini bayram zamanı izdihamda 17 nəfər ölüb
Digər ölkələr
- 17 oktyabr, 2026
- 22:20
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Hindistanın şərqində yerləşən Kəlküttə şəhərində dini bayram zamanı baş verən izdiham nəticəsində azı 17 nəfər ölüb, çox sayda insan xəsarət alıb.
"Report" "NDTV" telekanalına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 19:40-da (Bakı vaxtı ilə 18:10) Qiriş-Park rayonunda müvəqqəti bayram pavilyonunun çıxışında baş verib.
Polisin məlumatına görə, yağış zamanı ərazidə insanların həddindən artıq çox toplaşması izdihama səbəb olub.
Hüquq-mühafizə orqanlarının açıqlamasında bildirilir ki, hadisə nəticəsində təxminən 35 nəfər xəstəxanaya çatdırılıb.
"ANI" agentliyinə danışan şahidlərdən biri izdiham zamanı çox sayda ziyarətçinin huşunu itirdiyini bildirib.
Son xəbərlər
01:38
Tramp İranla müharibə başa çatdıqdan sonra benzinin qiymətinin azalacağını vəd edib
Digər ölkələr
01:09
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Digər ölkələr
00:39
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
Digər ölkələr
00:12
"Qarabağ" – "Neftçi" matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Hadisə
00:00
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Daxili siyasət
00:00
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Daxili siyasət
23:52
Video
Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır
Futbol
23:49
Şotlandiya Britaniyadan ayrılmaq üçün yeni referendum kampaniyasına başlayıb
Digər ölkələr
23:22
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Digər ölkələr