Türkiyə səfiri: "27 sentyabr şanlı və müqəddəs yürüşdür"

Xarici siyasət
  • 27 sentyabr, 2023
  • 06:21
Türkiyə səfiri: 27 sentyabr şanlı və müqəddəs yürüşdür

"27 sentyabr şanlı və müqəddəs yürüşdür".

"Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı 27 Sentyabr - Anım Günü ilə bağlı "X"də yazıb.

Onun sözlərinə görə, 27 sentyabr Qarabağın işğalının 30 illik kədərini zəfər sevincinə çevirən 44 günlük Vətən müharibəsinin başladığı gündür: "Zəfərlərimiz şanlı və uğurlu olsun. Şəhidlərimiz ən ali qürur mənbəyidir. Şəhidlər ölməz! Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı".

44 - Tezliklə