Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə başsağlığı verib

Xarici siyasət
  • 06 dekabr, 2015
  • 09:28
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə başsağlığı verib

Bakı. 6 dekabr. REPORT.AZ/ Dekabrın 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Türkiyə Prezidenti “Günəşli” yatağında baş vermiş qəza nəticəsində insanların həlak olması ilə bağlı dövlətimizin başçısına, mərhumların ailə üzvlərinə və yaxınlarına başsağlığı verib. Azərbaycan Prezidenti göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.