Biləsuvarda elektrik enerjisinin verilişi bərpa olunub – Yenilənib

Energetika
  • 25 oktyabr, 2026
  • 08:47
Biləsuvarda elektrik enerjisinin verilişi bərpa olunub – Yenilənib

Biləsuvar rayonunda elektrik enerjisinin verilişi bərpa olunub.

"Report"un Muğan bürosunun məlumatına görə, ötən gün elektrik enerjisinin verilişində yaranan fasilə səbəbindən Biləsuvar şəhərinin və rayonun bir sıra kəndlərinin böyük hissəsi işıqsız qalmışdı.

Qeyd edək ki, hadisə zamanı rayon ərazisində ildırımla müşayiət olunan yağışlı hava şəraiti hökm sürüb.

Biləsuvar rayonun əksər hissəsində elektrik enerjisi verilişi dayandırılıb.

Bu barədə "Report"un Muğan bürosuna rayon sakinləri məlumat verib.

Onların sözlərinə görə, təxminən iki saatdan çoxdur, Biləsuvar şəhərinin və kəndlərinin böyük hissəsində işıq yoxdur.

Problemin səbəbi məlum deyil.

Qeyd edək ki, hazırda rayon ərazisində ildırımla müşahidə olunan yağışlı hava şəraiti hökm sürür.