Türkiyə MMN-dən Azərbaycana: "Birlikdə güclü, birlikdə qardaşıq"
- 19 sentyabr, 2026
- 18:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycandan bir qrup qazi və onların ailə üzvü Ankara Hava Muzeyi Baş İdarəsində olub.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin (MMN) "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Bildirilib ki, 19 Sentyabr - Qazilər Günü münasibətilə Azərbaycandan olan qazilər və onların ailə üzvləri idarədə qəbul edilib.
"Birlikdə güclü, birlikdə qardaşıq.
Ankara Hava Muzeyi Baş İdarəsində keçirilən mənalı proqramda qəhrəmanlarımızın xatirələrini dinlədik, ortaq tariximizin və zəfərlərimizin qürurunu hamımız birlikdə bölüşdük", - paylaşımda bildirilib.
Birlikte güçlü, birlikte kardeşiz.🇹🇷🇦🇿
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) September 19, 2026
19 Eylül Gaziler Günü vesilesiyle, vatan toprağını canları pahasına savunan can Azerbaycan’ın kahraman gazilerini ve kıymetli ailelerini Ankara Hava Müzesi Müdürlüğünde ağırlamaktan büyük bir onur duyduk.
Ankara Hava Müzesi Müdürlüğünde… pic.twitter.com/n80RxLiXxv