Tural Gəncəliyev: “Azərbaycanın Çexiya ilə çox sıx əlaqələri var”

Xarici siyasət
  • 06 fevral, 2023
  • 08:14
Tural Gəncəliyev: “Azərbaycanın Çexiya ilə çox sıx əlaqələri var”

“Azərbaycanın Çexiya ilə çox sıx əlaqələri var”.

“Report” xəbər verir ki, bunu millət vəkili Tural Gəncəliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, qarşılıqlı investisiyalar və enerji sahəsində əməkdaşlıq iki ölkə arasında münasibətlərdə mühüm rol oynayır.

T.Gəncəliyev qeyd edib ki, Zəngəzur dəhlizinin reallaşdırılması Avropa İttifaqı ölkələri, o cümlədən Çexiya üçün Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı inkişaf etdirmək üçün yeni imkanlar açacaq.

Millət vəkili Azərbaycanın azad edilmiş ərazilərindəki şəhərlərin gələcəkdə Çexiya şəhərləri ilə qardaşlaşacağına ümid etdiyini də vurğulayıb.

44 - Tezliklə