Tu An Tuan: "Qlobal iqtisadi artımın yavaşlaması dünya maliyyə sistemi üçün riskləri artırır"

Xarici siyasət
  • 09 sentyabr, 2025
  • 15:48
Tu An Tuan: Qlobal iqtisadi artımın yavaşlaması dünya maliyyə sistemi üçün riskləri artırır

İqtisadi təhlükəsizlik proteksionizm və böhranların sekuritizasiyası təhdidləri ilə üzləşir.

"Report"un məlumatına görə, bu barədə Vyetnam Diplomatik Akademiyasının Xarici Siyasət və Strateji Araşdırmalar İnstitutunun Təhlükəsizlik və İnkişaf Araşdırmaları Mərkəzinin direktoru səlahiyyətlərini icra edən Tu An Tuan Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasında bildirib.

O vurğulayıb ki, müasir dünya iqtisadiyyatı dilemma ilə üzləşir:

"Bir tərəfdən, iqtisadi təhlükəsizlik ölkələrin rifahını təmin etməli, onların milli sabitliyini gücləndirməlidir. Digər tərəfdən isə proteksionizm və ixrac nəzarəti tendensiyaları güclənir, iqtisadi alətlər təzyiq vasitəsinə çevrilir. Biz misli görünməmiş bir hadisənin - iqtisadi böhranların sekuritizasiyasının şahidi oluruq. İqtisadi alətlər silaha çevrildikdə, bu, qarşılıqlı əlaqəli dünyanın özülünü təhdid edir".

Onun sözlərinə görə, qlobal iqtisadi artımın yavaşlaması, beynəlxalq institutlara inamın azalması dünya maliyyə sistemi və təchizat zəncirləri üçün riskləri artırır.