Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verilib
- 27 oktyabr, 2026
- 11:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) daha 2 ixtisaslaşmış Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb.
Bu barədə "Report"a SXA-dan məlumat verilib.
Bildirilib ki, Hacıqabul və Göyçay rayonlarında yerləşən Mərkəzlərdə ixtisaslı mütəxəssislər tərəfindən çətin həyat şəraitində olan şəxslərə reabilitasiya xidmətləri göstəriləcək.
Xüsusi qayğıya ehtiyacı olan uşaqlara psixoloji, pedaqoji, loqopedik və aktiv terapiya xidmətləri təşkil ediləcək. Benefisiarların valideynləri isə valideyn bacarıqlarının artırılması istiqamətində müvafiq təlimlərə cəlb olunacaqlar.
Yeni açılan mərkəzlər də daxil olmaqla, Agentliyin ölkə üzrə artıq 7 Sosial Xidmət Mərkəzi (Abşeron, Sabunçu, Nərimanov, Yasamal, Ağdam, Hacıqabul, Göyçay) və bir Sosial Xidmət Kabineti (Sumqayıt şəhəri) fəaliyyət göstərir. Bu mərkəzlərdə hazırda 300-ə yaxın şəxs dövlət qayğısı ilə əhatə olunur.