Toqo Prezidenti Azərbaycanda səfərdədir

Xarici siyasət
  • 11 noyabr, 2024
  • 16:08
Toqo Prezidenti Azərbaycanda səfərdədir

Toqo Respublikasının Prezidenti Fore Qnassinqbe noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.

"Report" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.