Tom Berendsen: Niderland Bakı və İrəvan arasında dayanıqlı sülh üçün addımları dəstəkləyir
- 26 oktyabr, 2026
- 11:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Niderland Azərbaycan və Ermənistan arasında sülh prosesini və dayanıqlı sülhün təmin edilməsinə yönəlmiş addımları dəstəkləyir.
"Report" xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri Tom Berendsen iki ölkəyə səfərini şərh edərkən "X" səhifəsində yazıb.
T.Berendsen həmçinin qeyd edib ki, Niderland Azərbaycan və Ermənistanla əməkdaşlığı dərinləşdirməyi planlaşdırır.
"Bu həftə mən hər iki ölkə ilə əməkdaşlığımızı daha da dərinləşdirmək üçün Azərbaycan və Ermənistana səfər edirəm. Həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyanla Azərbaycan-Ermənistan arasında sülhün nizamlanması prosesi barədə danışacağam. Niderland dayanıqlı sülhə doğru addımları dəstəkləyir", - o yazıb.
Deze week bezoek ik Azerbeidzjan en Armenië om onze samenwerking met beide landen verder te verdiepen. Ook zal ik met collega’s @Bayramov_Jeyhun en @AraratMirzoyan spreken over het Azerbeidzjaans-Armeense vredesproces. Nederland steunt vervolgstappen richting duurzame vrede. https://t.co/i877CRcI6d
— Tom Berendsen (@ministerBZ) October 26, 2026